İsveçdə parlament və yerli orqanlara seçkilər keçirilir

İsveçdə parlament və yerli orqanlara seçkilər keçirilir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər səsvermə üçün məntəqələr açılıb.

Krallığın xaricdə yaşayan vətəndaşları artıq avqustun ortalarından səs verməyə başlayıblar, bir qədər sonra bülletenləri poçtla göndərmək mümkün olub, avqustun 24-dən isə hansısa səbəbdən seçki məntəqələrinə gələ bilməyənlər səs veriblər.

Parlamentdəki yerlər uğrunda mübarizə iki blok - qırmızı-yaşıllar (hakim Sosial Demokrat İşçi Partiyası, Sol Partiya və Ətraf Mühitin Mühafizəsi Partiyası), onları dəstəkləyən Mərkəz Partiyası və sağçı liberal blok (Mötədil Koalisiya Partiyası, Liberallar, Xristian Demokratlar, İsveç Demokratları) arasında gedəcək.

Son ictimai rəy sorğularına görə, seçkilər ərəfəsində qırmızı-yaşıllar mərkəzçilərlə birlikdə cüzi üstünlüyə malikdir.