Bu gün hörmətli həmkarımla beynəlxalq təşkilatlarda Azərbaycan-Gürcüstan arasında olan münasibətlər, bir-birinin dəstəklənməsi də müzakirə edilib.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Bu gün Cənubi Qafqazda təhlükəsizlik məsələləri də müzakirə predmeti olub: “Azərbaycan-Gürcüstan hər zaman beynəlxalq hüquqa həssaslıqla yanaşıb və biz hər zaman bir-birimizin ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir. Əfsuslar olsun ki, bölgənin digər dövləti Ermənistan barədə bunu deyə bilmərik. Yalnız 44 günlük Vətən müharibə və 1 günlük antiterror əməliyyatları nəticəsində Azərbaycan öz ərazi bütövlyünü və suverenlyiini bərpa edib. Uzun illər ərzində torpaqlarımızın işğal altında olması, insanlarımızın həmin bölgələrdən didərgin salınması, mədəni abidələrimizə qarşı vandallıq torədilməsinə baxmayaraq, Azərbaycan Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib. Bu təşəbbüs ümumi evimiz olan Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün irəli sürülüb.