Sabah Gürcüstan Baş naziri İrakli Kobaxidze Bakıya səfər edəcək. Azərbaycan-Gürcüstan Hökumətlərarası Komisssiyasının 10-cu, yubiley iclası keçiriləcək.
Sherg.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, eyni zamanda, Gürcüstan Baş naziri Azərbaycan dövlət başçısı ilə görüşəcək: “XİN olaraq hər il bizim ölkələr arasında siyasi məsləhətləşmələr həyata keçirilir. Bunların nəticəsi olaraq, biz iki ölkə arasında münasibətlərə baxanda məmnunluqla deyə bilərik ki, Azərbaycan şirkətləri Gürcüstanda 1 nömrəli investordur. İki ölkə arasında ticarət dövriyyəsi 1 milyarda yaxınlaşır. Mövcud dinamika bizi sevindirir. Yaxın zamanlarda biz daha böyük rəqəmlər barədə danışa biləcəyik”.