Ukrayna Silahlı Qüvvələri Çkalovsk qəsəbəsini azad edib


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü ayrı-ayrı mexanikləşdirilmiş briqada Çkalovskda Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini azad edib.