Xavi Zidanın rekordunu geridə qoyub


İspaniyanın "Barselona" komandasının sükanı arxasında olan Xavi Ernandes "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın rekordunu geridə qoyub.

"Report"un məlumatına görə, 42 yaşlı mütəxəssis buna "Kadis"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın V tur oyununda nail olub.

Kataloniya təmsilçisi yerli çempionatda Xavinin rəhbərliyi altında ardıcıl 17-ci səfər matçında uduzmayıb. "Real Madrid" isə 2016-cı ildə Zinəddin Zidanın işlədiyi dönəmdə 16 səfər qarşılaşmasında yenilməyib.

Qeyd edək ki, Xavi Ernandes 2021-ci ilin noyabrında "Barselona"nın baş məşqçisi təyin edilib.