Kraliça Elizabetin dəfni üçün Türkiyədən 1,5 milyon qərənfil

Kraliça Elizabetin  dəfn proqramı üçün Türkiyədən də güllər sifariş olunub. Antalya və Ispartada çiçək sektoru aktivləşib. Ən azı 1,5 milyon budaq mixək İngiltərəyə göndəriləcək.


Antalya Ticarət Birjası (ATB) Məclisi və Kəsmə Çiçəklər və Bəzək Bitkiləri Peşəkar Komitəsinin üzvü Səlcuq Çələbi, “Biz adətən bu dövrdə məhsullarımızı yük maşınları ilə göndəririk, lakin cənazəyə çatdırmaq  üçün onları təyyarələrlə göndərməyə başladıq" deyə bildirib.

Kənd təsərrüfatı mühəndisi Rabia Yıldırım, dağlıq bölgədə istehsal müddəti az olduğu üçün normal olaraq 8 saatlıq iş qrafiki tətbiq etdikləri halda, həm iş saatlarını, həm də sayını artırmaq məcburiyyətində qaldıqlarını söyləyib. 
Yıldırım bildirib ki, gündə 2 saatdaha artıq işləməyə və 11-18 sentyabr bazar günləri işləməyə qərar veriblər.