Dubayda 5 milyard dollarlıq Ay inşa edəcəklər

Dubayda dünyanın təbii peyki olan Aya bənzəyən lüks otel tikiləcək.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Kanada memarlıq firması tərəfindən layihələndirilən strukturun hündürlüyü 225 metr olacaq. Lakin bu otel həm də ticarət mərkəzi kimi dizayn edilib. Beləliklə, Dubayda Aya ildə 10 milyon ziyarətçi cəlb etmək hədəflənir.



 
Dizaynın orijinallığını artırmaq istəyən memarlar binaya astronavtlar üçün təlim mərkəzi də əlavə ediblər. Həmçinin Ayda 144 mənzil olacaq.

Təxminən 2 ilə başa çatdırılması planlaşdırılan layihənin dəyəri beş milyard dollardan çoxdur.

Turan