Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Zirvə Toplantısının iştirakçıları forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı bəyanat qəbul ediblər.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada AQFETM sammitində deyib.
“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin transformasiyası ilə bağlı Astana bəyanatı qəbul edilmiş hesab olunur”, - deyə o bildirib.
AQFETM-in mətbuat xidməti qeyd edib ki, söhbət forumun statusunun dəyişdirilməsindən və beynəlxalq təşkilata çevrilməsindən gedir.
Mənbə: TASS