Sudanda tayfa qarşıdurmaları: İki gündə 150 ​​nəfər həlak oldu

Sudanın Mavi Nil bölgəsində tayfalar arasında illərdir düşmənçilik edən qarşıdurma iyul ayından yenidən alovlanıb.
19-20 oktyabrda şiddətlənən qarşıdurmalarda 150 adam həyatını itirib, onlarla insan yaralanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı Keçid İnteqrasiya Missiyası (UNITAMS) Mavi Nil bölgəsi və Qərbi Kürdufan əyalətindəki tayfalar arasında “ölümcül” zorakılığın artmasından ciddi şəkildə narahatlığını ifadə edib:
“Qarşıdurmanın əsas səbəblərini həll edən etibarlı hökumət olmadan zorakılığı dayandırmaq mümkün olmayacaq”.
Mənbə: Haber Global