"Bu gün İranda vəziyyət olduqca qarışıqdır. Buna rəğmən təəssüf ki, hətta hərbi təlimlər keçirilməklə və Azərbaycanı təhdid etməklə bağlı müəyyən qərarlar da verirlər".
Bu barədə "Sherg.az"a politoloq Rusif Məmmədsoy deyib. Onun sözlərinə görə, İran Qərblə əks mövqedə dayanıb:
“Xüsusilə də demokratik baxımdan heç bir islahata getməyən İran düşünür ki, insanları qətlə yetirməklə, xarici ölkə vətəndaşlarını həbs etməklə bu proseslərdə hər hansı bir uğura nail olacaq.
Amma bu, mümkün deyil. İran müsbət nəticə əldə etmək istəyirsə, islahatlara getməlidir.
Hesab edirəm ki, İrandakı mövcud hakimiyyət müəyyən tədbirlər həyata keçirmək fikrində deyil. Düşünmürəm ki, iğtişaşlar dayansın. Hətta artan xətt üzrə inkişaf etməsi də ehtimal olunur".
Qeyd edək ki, İranda aralarında ABŞ, Britaniya və Fransa vətəndaşlarının da olduğu 14 xarici ölkə vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.