Conson Britaniyaya “ekonom-klass”la qayıtdı

Ötən gün axşam saatlarında Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun Britaniyaya uçan sərnişin təyyarəsinin “ekonom-klass”ında yer aldığı bildirilib.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

Bildirilib ki, həmin təyyarədə olan nəşrin əməkdaşı Consonun ailəsi ilə birgə Dominikan respublikasından Britaniyaya qayıdarkən adi sərnişin kimi “ekonom-klass”la uçduğunu müşahidə edib. O, Consonun ailəsi ilə təyyarəyə tez gəldiyini və arxada öz yerini tutduğunu vurğulayıb.

Sərnişinlərdən bəziləri bunu təəccüblə qarşılayıb.

“Skay Nyus” faktı təsdiqləyən foto da yayıb.

Qeyd edək ki, Liz Trassın istefasından sonra baş nazir seçimlərində iştiraka qərar verən Boris Conson Dominikan respublikasında istirahətini yarımçıq qoyub və Britaniyaya dönüb. Onu Mühafizəkarlar Partiyasında 100-dən çox deputat dəstəkləyir ki, bu da Boris Consonun şanslarını həddən çox artırır.