Dünyada koronavirusa yoluxanların sayı 627 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 627 471 897 nəfərə çatıb.

Trend xəbər verir ki, bunu, bazar günü beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 577 093 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyada qeydə alınıb.