İraqda 3 PKK terrorçusu məhv edilib

Türkiyə Ordusu İraqın şimalında antiterror əməliyyatlarını davam etdirir.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İraqın şimalında Pəncə-Kilid əməliyyat bölgəsində bir mağarada 3 PKK terrorçusu aşkarlanıb.
Terrorçular zərərsizləşdirilib.