Putin nüvə silahından istifadə edəcək  - Nyu-York Universitetinin professoru

 Rusiyanın Ukraynaya hücumları 240 gündən çoxdur davam edir. Qiyamət gününün carçısı kimi  (Dr. Doom) tanınan professor Rusiyanın həm Ukraynaya, həm də NATO-ya qarşı nüvə silahından istifadə edəcəyini irəli sürüb. 

Sherg.az "ntv.com.tr"-yə istinadən xəbər verir ki, Nyu-York Universitetinin iqtisadiyyat professoru Nuriel Roubini Putinin ilk nüvə raketini istifadə edəcəyini deyib.  Roubini həmçinin bu ilin sonuna doğru yeni qlobal iqtisadi böhranın yaranacağı barədə də xəbərdarlıq edib.
Nouriel Roubini qeyd edir: “Düşünürəm ki, gələn il Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək, sonra isə NATO-ya hücum edəcək. Putin Nyu Yorka ilk nüvə silahını göndərəcək. Nyu-Yorkda olmaq təhlükəsiz deyil" deyə bildirib.

64 yaşlı professor ilk dəfə 16 il əvvəl gündəmə gəlib. Roubini mənzil bazarının çökməsini və dünya miqyasında tənəzzülün yaranacağını düzgün proqnozlaşdırmışdı. Dr. Apocalypse “Meqa təhlükələr: gələcəyimizi riskə atan on təhlükəli tendensiya və onlardan necə qurtula bilərik” adlı kitabla adından bəhs etdirir.

Bu dəfə Roubini 2022-ci ilin sonuna qədər daha bir iqtisadi böhran, iqlim dəyişikliyinə görə qlobal fəlakət barədə xəbərdarlıq edib. Roubini, Covid-19 kimi başqa bir pandemiyanın baş verəcəyini də proqnozlaşdırıb.