Kanadadan 12 ildən sonra Türkiyəyə qayıtdı! - "Dünyanın ən zəngin insanı mənəm"

Doğulduğunuz və böyüdüyünüz torpaqdan fərqli bir ölkəyə köçmək çox çətin bir qərardır. Fərqli bir mədəniyyətdə və coğrafiyada yaşamaq həyəcanlı olsa da, tənhalıq hissi bəzən adamı hər şeydən  keçməyə vadar edir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, 12 il qaldığı Kanadadan Türkiyəyə qayıdan Yaprak Gürdal "Yalnız qalmaqdan yoruldum" deyən və Türkiyədə özünə yenidən həyat quranlardandır. 20 ildən çox Türkiyə və Kanadada korporativ şirkətlərdə menecer kimi çalışan Yaprak Gürdal çalışdığı müddətdə hər fürsətdə yeni coğrafiyalar kəşf edib. Gürdal hazırda tam zamanlı səyahət yazıçısıdır. Fərqli mədəniyyətlərə hər zaman maraq göstərib:

“Mənim üçün Kanada ingiliscə danışa biləcəyim və mühacir kimi müraciət edə biləcəyim ən yaxşı alternativ ölkə idi. 2000-ci ildə immiqrasiya üçün müraciət etdim. 2002-ci ildə immiqrant kimi qəbul olunanda orada yeni həyatıma başladım”.


Hər şeyin qaydasında olduğunu, xoşagəlməz sürprizlərlə qarşılaşmadığını, həyatın sakit olduğunu, təbiətin qorunduğunu və təhsil sisteminin əzbər öyrənməyə əsaslanmadığını bildirən Yaprak Gürdal, köç macərasını hər kəslə bölüşmək üçün kitab da yazıb. Kitablarında çatdırdığı bütün məlumatların yaşadıqlarına əsaslandığını vurğulayan Gürdal, “Bəzi nöqsanlar ola bilər, amma həddindən artıq və mübaliğə yoxdur” deyir.

İstənilən ölkəyə köçməyin insanın həyatda verə biləcəyi ən çətin qərar olduğunu ifadə edən Yaprak Gürdal, fərqli mədəniyyətə uyğunlaşmağın çətinliyinə toxunaraq, “Dostluq edirsən, amma həqiqətən də yaxın dostluqlar qurmaqda çətinlik çəkirsən. Karyeranızda qaldığınız yerdən davam edə bilməzsiniz, gündəlik iş rejiminiz alt-üst olacaq. Ancaq bu o demək deyil ki, siz bu çətinlikləri dəf etməyəcəksiniz və ya başqa ölkədə xoşbəxt olmayacaqsınız. Sadəcə, qətiyyətli və səbirli olmaq və bu prosesi keçid dövrü kimi görmək lazımdır”, - deyə o təklif edib.


Geri dönmə qərarının bu çətinliklərdən tamamilə müstəqil olduğunu bildirən Yaprak Gürdal, "Artıq bütün bunların öhdəsindən gəldim, yeni həyatımı relslərə qoydum. Artıq ölkəmdə yaşamağa üstünlük verdiyim üçün geri qayıtdım. Mən də  tənhalıqdan bezmişəm və ailə həsrətini çox hiss etmişəm” deyə qərarının səbəbini açıqlayıb.

Kanadada tənhalıq haqqında, "90 yaşlı qonşumun 3 uşağı var idi, amma bir dəfə də olsun ziyarətə gələn görmədim. Bundan daha tənhalıq ola bilərmi?".
 Yaprak Gürdal sözlərinə belə davam etdi:

"Kanadada şəxsi həyat hər şeydən önəmlidir və onlar heç kimə çox da yaxınlaşmırlar. Kanadalılar tanıdığım ən mehriban insanlardır, lakin bizim kimi dostunun yanına "qapıdan dönmək" məcburiyyətində deyillər. Onların bütün həyatları planlaşdırılıb, bir növ qabaqcadan müəyyənləşdirib görüşürlər”.

“Bütün qapıları bağlayıb geri dönəcəyimi bildiyim üçün qərarı vermək ayrılmaqdan daha çətin idi” deyən Gürdal, “Yeni bir ölkədə çətinliklərlə yeni bir həyata başladıqdan sonra bu asan deyil. Bu həyatı əlinin tərsi ilə itələyib geri qayıtmaq... Bununla belə, qərarımdan heç vaxt peşman olmamışam.
Bu səyahətlər mənə qərərsızlıqdan qurtulmağa, rahat zonamdan çıxmağa və çevik olmağa imkan verir. Hazırda dünyanın müxtəlif yerlərində çoxlu dostlarım, özümü ailə kimi hiss etdiyim insanlar var" deyə əlavə edir.

İstədiyiniz qədər pulunuz olsa belə, bu cür sərvətin pulla alına bilməyəcəyini vurğulayan Gürdal, müxtəlif mədəniyyətlərdən insanları toplayıb dünyanın ən zəngin insanı olduğunu sözlərinə əlavə edir.

Turan