Almaniyada on minlərlə insan enerji qiymətlərinin artmasına etiraz edib


Almaniyanın 6 şəhərində on minlərlə insan enerji qiymətlərinin artması ilə əlaqədar etiraz aksiyaları keçirib.

24News.ge xarici mətbuata istinadən xəbər verir ki, aksiyalar Berlin, Düsseldorf , Hannover, Ştutqart, Drezden və Frankfurtda keçirilib .

Nümayişçilər artan enerji qiymətləri ilə mübarizə üçün hökumət vəsaitlərinin ədalətli bölüşdürülməsini və qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə daha sürətli keçidi tələb ediblər.

Nümayiş təşkilatçılarından biri olan Greenpeace-in məlumatına görə, aksiyalarda 24 minə yaxın adam iştirak edib. Bundan əlavə, polisin məlumatına görə, Berlindəki nümayişə təxminən 1800 adam toplaşıb.

Qeyd edək ki, təkcə sentyabr ayında Almaniyada inflyasiya son 25 ilin ən yüksək səviyyəsinə çatıb və 10,9% təşkil edib.