Tbilisidə 6 nəfər fahişəliyi təbliğ etmək ittihamı ilə saxlanılıb (VİDEO)

Tbilisidə keçirilən kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 6 nəfər saxlanılıb.

24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılanlar 1964, 1989, 1982, 1972, keçmişdə məhkum olunmuş 1967 və 1954-cü il təvəllüdlü şəxslərdir.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər müştərilərə xidmət göstərmək üçün Tbilisidəki müxtəlif otellərə nömrələrini verib və sistemli şəkildə fahişəliklə məşğul olan qadınlara müəyyən ödəniş müqabilində otellərdə xidmət göstərmələri üçün şərait yaradıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 254-cü maddəsinin 3-cü hissəsinin “A” bəndi (bir qrup tərəfindən qabaqcadan razılaşaraq fahişəliyə təşviq və fahişəlik üçün yer verməyi) nəzərdə tutan maddə ilə başladılıb. Saxlanılan cinayətkarları 4 ildən 7 ilədək azadlıqdan məhrum cəzası gözləyir.