Rişi Sunak baş nazirliyə namizədliyini rəsmən açıqlayıb

Böyük Britaniyada keçmiş maliyyə naziri  Rişi Sunak oktyabrın 20-də istefa verən baş nazir Liz Trassın yerinə partiya daxilində başlayan liderlik yarışına qatılacağını rəsmən açıqlayıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Sunak Tvitter hesabında İngiltərənin "dərin iqtisadi böhranla" qarşı-qarşıya olduğunu qeyd edərək, "Partiyamızın indi etdiyi seçim, Britaniya xalqının gələcək nəslinin əvvəlkindən daha çox imkana sahib olub-olmayacağına qərar verəcək" deyib.

Bu səbəbdən hakim Mühafizəkarlar Partiyasının yeni lideri və eyni zamanda ölkənin Baş naziri olmaq üçün namizədliyini irəli sürdüyünü açıqlayan keçmiş maliyyə naziri Sunak, “Mən iqtisadiyyatımızı düzəltmək, partiyamızı birləşdirmək istəyirəm” deyə bildirib.

Rişi Sunakın namizədliyini elan etməzdən əvvəl ən azı 124 deputatın dəstəyini aldığı məlum olub.

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun iyulun 7-də partiya liderliyindən istefa verməsindən sonra Sunak liderlik yarışına namizədliyini irəli sürüb, lakin səsvermə nəticəsində Liz Trassa məğlub olub.

Turan