Madriddə qoyunlar şəhərə enib

İspaniyanın paytaxtı Madriddə 1994-cü ildən bəri təşkil edilən və orta əsrlərə aid olan “Trashumancia Festivalı” çərçivəsində şəhərin mərkəzində mindən çox qoyun keçib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 29-cu “Trashumancia Festivalı” çərçivəsində Madridin simvolik küçələrində 1200-dən çox qoyun və 200 keçi yürüş edib.



 
Səhər saatlarından  insanlar qoyunları görmək üçün Casa de Campo ətrafına toplaşıb.



 
Böyüklər bol-bol şəkil çəkdirib, festivalda ən çox əylənənlər isə uşaqlar olub.
Yeddi yaşlı uşağı ilə festivala gələn Xavyer: "Keçən il o qədər xoşumuza gəldi ki, bu gün də təkrarladıq. Əvvəlcə uşaq bir az qorxdu, amma sonra sığal çəkdi, əzizlədi".