Ruben Vardanyan Xocavəndə getdi

Rusiya vətəndaşlığından imtina edərək Xankəndi şəhərində peyda olmuş erməni milyarder Ruben Vardanyan bu gün Xocavənd şəhərinə gedib.

"Sherg.az"  musavat.com-a istinadən bildirir ki, o, sosial şəbəkə hesabında "administrasiya nümayəndələri və əhalisi ilə görüşün təsirli olduğunu" yazıb.

Ruben Vardanyan Xocavəndin Xankəndi şəhərindən uzaqda yerləşdiyini vurğulayıb: "Ona görə də təəssüf ki, yüksək rütbəli məmurlar burada tez-tez qonaq olmurlar. Məlum oldu ki, sakinlərə açıq və dürüst ünsiyyət lazımdır".

O, sayıqlamalarını davam etdirərək bildirib ki, "Buradakı insanlar çox yaxşı bilirlər ki, öz evlərini onlardan başqa heç kim qoruya bilməz".

Qeyd edək ki, Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyan Vardanyana "dövlət naziri" postunu təklif edib və oyunbaz iş adamı noyabrın 1-dən "vəzifə"sinin icrasına başlayacağını deyib.