Yunanıstanın Finlandiyadakı keçmiş səfiri Yorqo Aifantis maraqlı açıqlamalarla gündəmə gəlib.
O, qatıldığı televiziya proqramında 2019-cu ildə şahidi olduğu hadisədən danışıb.
Keçmiş səfir ilk növbədə ölkəsinin Türkiyə ilə bağlı siyasətini sərt şəkildə tənqid edib.
Onun sözlərinə görə, 2019-cu ildə Yunanıstanın o vaxtkı xarici işlər naziri Giorgio Katruqalos türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşə bilmək üçün yalvarıb.
“Biz özümüzü dilənçiyə çeviririk”, - deyə diplomat vəziyyəti şərh edib.
Daha ətraflı “Haber Global”ın videomaterialında:
Yunan Bakan Mevlüt Çavuşoğlu'na yalvardı!