İranda terror aktı nəticəsində 13 nəfər həlak olub

İranın Şiraz şəhərindəki “Şahçıraq” ziyarətgahında törədilən partlayışda 13 nəfər ölüb, 40 nəfər yaralanıb
Bu barədə Fars əyaləti valisinin müavini məlumat verib.
“Ölənlərin sayı 13-ə yaxındır. Dəqiq statistikanı bir saatdan sonra açıqlayacağıq”, -deyə o, bildirib.
Silahlı terrorçulardan ikisinin həbs edildiyi, üçüncü şəxsin isə qaçdığı qeyd olunub.

Mənbə: Azad İran