ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

ABŞ Ukraynanın müharibə aparmaq və ərazilərini azad etmək üçün lazımi silahlara malik olmasını təmin etməsi məqsədilə səylərini davam etdirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“ABŞ-ın mövqeyi dəyişmir, 6 ay əvvəl olduğu kimi qalır. Biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, - o deyib.
Qeyd edək ki, C.Sallivan ABŞ-ASEAN və Şərqi Asiya ölkələri Sammitində iştirak etmək üçün Kambocada olan ölkə Prezidenti Co Baydeni müşayiət edir. Ağ Ev rəhbəri oradan G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək.