Ukrayna polisi Xersonda blokpostlar qurur


Ukrayna polisi Xerson şəhəri ərazisində blokpostlar qurur.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenko bildirib.

Hazırda şəhərə 200 nəfərlik polis qüvvəsi cəlb olunub. Onların əsas missiyası şəhəri minalardan təmizləməkdir. Mina zərərsizləşdirərkən ötən gün bir pols xəsarət alıb. Yerli sakinlərin minatəmizləmə başa çatanadək evlərinə qayıtmamasına göstəriş verilib.