İspaniya Türkiyədə Patriot raketlərinin mandatını uzadıb

Türkiyənin hava hücumundan müdafiəsinə dəstək məqsədilə İspaniyadan göndərilən Patriot raketlərinin xidmət müddəti 2023-cü ilin iyun ayına qədər uzadılıb.
Sherg.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən  açıqlamaya görə; İspaniyanın Türkiyənin hava hücumundan müdafiəsinə töhfə vermək üçün göndərdiyi Patriot raketləri 2013-cü ilin yanvarında Adanada yerləşdirilib.

Mandatı bu ilin sonunda başa çatan raketlər  və əsgərlərin mandatı 2023-cü ilin iyun ayına qədər uzadılıb. Bildirilib ki, bu müddət İspaniya tərəfindən uzadılıb.

Milli Müdafiə naziri Hulusi Akarın müttəfiqlik ruhuna uyğun hərəkət etdiyi və verdiyi dəstəyə görə İspaniya müdafiə naziri Roblesə təşəkkür etdiyi bildirilib.

Turan