Prezident Ərdoğan əməliyyat əmrini belə verib

Prezident Rəcəb Tayyib Ərdoğan Şimali İraq və Suriyada terrorçuların baza kimi istifadə etdiyi bölgələrə qarşı “Pəncə-Qılınc Hava Əməliyyatı” əmrini verib. Prezident Ərdoğan əməliyyatla bağlı Milli Müdafiə naziri Hulusi Akardan məlumat alıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, “Pəncə-Qılınc” hava əməliyyatı Suriya və Şimali İraqda başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İndoneziyadan qayıdarkən əməliyyat əmrini Milli Müdafiə naziri Hulusi Akara çatdırıb.

Milli Müdafiə Nazirliyi əməliyyatı “Hesab vaxtıdır, əclafların xain hücumları hesaba çəkilir” mesajı ilə açıqlayıb.

Əməliyyatda Diyarbəkir və Malatya başda olmaqla Türkiyənin bir çox hava bazasından qalxan 50-dən çox təyyarə iştirak edib. 

Döyüş təyyarələri lazerlə idarə olunan və bunkeri deşən bombalarla onlarla hədəfi məhv edib. Sərhəddə yerləşdirilmiş artilleriya batareyaları ilə də hədəflər vurulub.

Turan