132 il sonra tapıldı: Şüşə 1886-cı ildə bir gəmidən dənizə atılıb

 Avstraliyanın Vedge adasına səyahət edən Tonya İllman çimərlikdə bir şüşə tapıb və bu, onun diqqətini çəkib. Şüşənin içində kağız parçası olduğunu görən qadın bunun bəlkə də əsrlər əvvəl dənizçilər tərəfindən atıldığını ehtimal edərək şüşəni götürüb.
 Bu cür şüşələr adətən gəmilər qəzaya uğrayanda, dənizçilər yolu azdıqda içərisinə qeydlər yazılmış kağız parçası qoyularaq dərin sulara atılır. Bu ümidlə ki, kimsə onu tapacaq və içindəki kağızı oxuyub nə baş verdiyini biləcəklər. Tonya İllman, "sahildə gəzərkən bir şüşə gördüm. Qədim şüşəyə bənzəyirdi. Xoşuma gəldi və onu götürdüm. Evə gələndə içindəki kağız məni düşündürdü. Orada nə yazıldığını bilmək istədim. Oğlumun dostu kağız parçasını şüşənin içindən çıxardı. Orada alman dilində nələrsə yazılmışdı. Araşdırdıq, məlum oldu ki, bu, Alman Dəniz  Müşahidəçiləri tərəfindən okean sularının axınını öyrənmək məqsədilə icra olunan tədqiqat zamanı yazılıb. Orada tədqiqat gəmisinin adı, olduğu yer, tarix haqqında məlumatlar yazılıb. Həm də şüşəni tapanlardan onu hara aparmalı olduqları da qeyd edilib. Tonya və həyat yoldaşı şüşəni Qərbi  Avstraliya Muzeyinə təhvil veriblər. Mütəxəssislər aydınlaşdırıb ki, şüşə 1886-cı ildə Galliya  Cardiffdən İndoneziya Makassara gedən bir gəmidən dənizə atılıb. Qərbi Avstraliya Muzeyi və Alman Dəniz Müşahidəçiləri tərəfindən kağızdakı yazılar analiz edilib, şüşənin 1886-cı ilə aid olduğu təsdiqlənib. 132 il əvvələ aid şüşə Avstraliya Muzeyinə hədiyyə edilib.