Ukrayna ordusunun Rusiya sərhədindəki Belqorod bölgəsinə başlatdığı hücumdan sonra bölgədə fövqəladə vəziyyət (OHAL) elan edilib. Bu, Kurskdan sonra fövqəladə vəziyyətin elan edildiyi ikinci bölgə idi.
Sherg.az xəbər verir ki, bunu Belqorod qubernatoru Vyaçeslav Qladkov söyləyib.
O bildirib ki, gündəlik bombardmanlara görə regionda vəziyyət “olduqca çətindir:
“Evlərə, inzibati binalara ziyan dəyib, xəsarət alanlar var”.
Ukrayna Hərbi Hava Qüvvələri Kiyev, Xarkov, Kirovohrad, Çerkassı, Mikolayiv, Sumi, Jitomir və Zaporojye vilayətlərində Rusiyaya məxsus 23 PUA-dan 17-ni vurduğunu açıqlayıb. Rusiya isə Kursk, Voronezi, Belqorod və Nijni Novqorod bölgələrində gecə boyu baş verən qarşıdurmalarda 117 İHA-nın vurulduğunu açıqlayıb.
Qeyd edək ki, Ukrayna ordusunun ötən həftə başlatdığı sərhədyanı əməliyyatlardan birincisi Belqorodun şimalında Kurskda olub.
Mənbə: BBC NEWS