ABŞ-da “parvovirus” həyəcanı: yoluxan uşaqların sayı 40 faiz artdı

ABŞ-da 2024-cü ilin əvvəlindən 5-9 yaşlı uşaqlarda aşkar edilən “parvovirus” 40 faiz artıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) tərəfindən verilən açıqlamada deyilir.
Qeyd olunur ki, xüsusilə 5-15 yaş arası uşaqların yanaqlarında səpmə və qızartılar müşahidə edilib.
Son iki ildə xəstəliyə yoluxma hallarının, eləcə də 5-9 yaş arası uşaqlarda ilin əvvəlindən vurusa yoluxmanın 40 faiz artdığı vurğulanıb.