Əfqanıstanda aeroport yaxınlığında partlayış baş verib

Səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın “Hama Press” agentliyi məlumat yayıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Digər təfərrüatlar barədə məlumat yoxdur.