Beton maşınından küçələrə tökülən betona görə cərimə tətbiq olunacaq

Gürcüstanda küçələrdə beton maşınının hərəkəti zamanı yolun hərəkət hissəsinə beton tökülməsinə görə cərimə tətbiq olunacaq.

24News.ge xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsin əlavələr edilib.

Məcəlləyə əsasən, beton yük maşınının hərəkəti zamanı həmin nəqliyyat vasitəsindən betonun yolun hərəkət hissəsinə tökülməsinə görə fiziki şəxs 500 lari, hüquqi şəxs isə 1000 lari məbləğində cərimə ediləcək.

Təkrar hərəkətlərə görə cəza daha da sərtləşdiriləcək. Belə ki, fiziki şəxs 1000 lari, hüquqi şəxs isə 2000 lari məbləğində cərimə ediləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində qeyd olunan dəyişiklik 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.