Bu ölkədə Ukrayna üçün özüyeriyən texnika hazırlanır

Almaniyada Ukrayna üçün “Bokser” RCH-155 özüyeriyən texnikası istehsal olunur.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.

Məlumata görə, sözügedən texnika mərmilərlə 40 km-ə qədər və yüksək dəqiqlikli Vulkan ilə 80 km-ə qədər atəş məsafəsinə malikdir. Sürəti isə saatda 100 km-ə qədər çata bilir.