Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında yazıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Biz Suriya və NATO-nun genişlənməsini müzakirə etdik”, - nazir qeyd edib.