Fransada Yeni il gecəsi iğtişaşlar zamanı 700-dək avtomobil yandırılıb

Fransada Yeni il gecəsində iğtişaşlar zamanı polis 490 nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri tviter hesabında paylaşım edib.

“2022-ci il ən az avtomobilin yandırıldığı, ən çox insanın həbs olunduğu il kimi yadda qaldı”, - deyə paylaşımda qeyd olunub.

Bayram gecəsində küçələrdə 90 min polis və jandarm xidmət aparıb. İğtişaşçılar 700-dək avtomobil yandırıblar.

Ötən Yeni il gecəsi Fransa küçələrində 441 nəfər saxlanılıb, 874 avtomobil yandırılıb.