Avtomobili zibilliyə atdılar  - FOTOLAR

İstanbulun Başakşehir rayonundakı sənaye meydançasında zibil qablarının üzərində dayanan avtomobil hər kəsi təəccübləndirib. 

 Sherg.az türk mediasına istinadən xəbər verir ki, səhər saatlarında sənaye sahəsinə gələn vətəndaşlar zibil qablarının üstündə avtomobil görüblər.

Baş verənləri anlaya bilməyən vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.

Kim tərəfindən və nə üçün atıldığı naməlum olan avtomobili görənlər mobil telefonları ilə görüntüləri qeydə alıblar.