22 uşaqlı ana: O, 47 yaşında sonuncu övladını dünyaya gətirib
08:57 29.03.2024
Dünya
583
Böyük Britaniyada məşhurlaşmış ailə qonaq olduqları televiziya proqramında həyat hekayələrini danışıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ailədə 22 uşaq böyüyür. Uşaqların anası 47 yaşında 22-ci övladını dünyaya gətirib. TV proqrama qatılan ailə “yenə övlad istəyirsinizmi” sualına cavab verib. Noel və Sue Radford cütlüyü 22 övlad sahibi valideyn olaraq İngiltərədə məşhurdur. Sue ilk dəfə ana olmasını xatırlayaraq “ilk körpəm dünyaya gələndə o qədər ağrı çəkdim ki, “bundan sonra daha övlad” istəmirəm” deyə özümə söz verdim. Amma görürsünüz, ilk övladdan sonra daha 21 uşaq dünyaya gətirmişəm”, deyib. Noel əvvəlcə Suenin qardaşıyla dostluq edib. Noelle 11, Sue 7 yaşında olarkən aralarında dostluq münasibəti yaranıb. Uşaq yaşlarında yaranan dostluq onlar böyüdükcə sevgiyə çevrilib. 1992-ci ildə evləniblər. Və bu gün də xoşbəxtdirlər. Lakin həyatları heç də asan keçməyib. Övladları və nəvələrinin əhatəsində xoşbəxt olsalar da, şəxsi həyata vaxt ayıra bilmirlər. Hətta bir zamanlar ailə həyatında problemlər də yaranıb, boşanmaq barədə də düşünüblər. Amma ard-arda dünyaya gələn övladlar onları ayırmayıb, əksinə, daha sıx birləşdirib. Sue “batmaq, yoxsa üzüb xilas olmaq seçimi arasında qaldıqda üzməyi seçdik. Yığılan borclarımızı birlikdə çalışıb işləyərək qaytardıq. Evimizi, ailəmizi xilas etdik”, deyib. Ailənin sonbeşiyi ötən il dünyaya gəlib. “Yenə övlad istəyirsinizmi” sulaına isə Noell və Sue “yox, qətiyyən, bu qədər bəsimizdir” deyərək gülüşüblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat