Birinci yerdə Berlin qərarlaşıb


Dünyanın ən yaxşı ictimai nəqliyyatına sahib şəhərlər açıqlanıb

  Dünyanın ən yaxşı ictimai nəqliyyata sahib şəhərləri məlum olub. “NTV.com.tr” xəbər verir ki, qlobal miqyasda turizm-səyahət xidmətləri icra edən “Time Out” şirkəti 50 ölkəni təmsil edən 20 min respondent arasında “ən yaxşı ictimai nəqliyyata sahib şəhərlər” sorğusu keçirib. Sorğu Avropa və Asiyanın məşhur şəhərlərini əhatə edib. İlk onluğa düşən şəhərləri təxmin etmək elə də çətin deyil. Birinci yerdə isə Almaniyanın paytaxtı Berlin qərarlaşıb. Respondentlər Berlini ən yaxşı ictimai nəqliyyat sisteminə malik şəhər kimi qiymətləndiriblər. İctimai nəqliyyat növləri arasına isə dəmir yolu, avtobus, tramvay, metro, feribotlar (bərə) daxil edilib. İlk onluğa daxil olan şəhərlər bunlardır: Berlin, Praqa, Tokio, Kopenhagen, Stokholm, Sinqapur, Honq-Konq, Taipei (Tayvan) və Şanxay. Siyahıda Mumbai, Pekin, Çikaqo, Monteal, Nyu-York, Paris, Edinburq, Madrid, London da var. Lakin bu şəhərlər ilk onluqdan sonradır. Görəsən, Bakımız, nə vaxt bu şəhərlər sırasında olacaq?