Putin Xilaskar İsa Məsih məbədindəki Pasxa mərasimində iştirak edib

Rusiya Prezidenti Vladimir Putin bu gecə Moskvadakı Xilaskar İsa Məsih Məbədində keçirilən Pasxa mərasimində iştirak edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, onunla birlikdə mərasimdə əvvəlki illərdə olduğu kimi, Moskva meri Sergey Sobyanin də iştirak edib.

Qeyd edək ki, Putin ənənəvi olaraq Pasxa bayramını bu kilsədə qeyd edir.

Kilsədə dini ayinə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill rəhbərlik edir.