Rusiya Vikipediyanı məhkəməyə verdi - 18 min dollar cərimə

Rusiya platfotmanın sahibi olan Vikimedia Fondunu məhkəməyə verib.
Bakupost.az xəbər verir ki, məhkəmə nəticəsində platforma 18 min dollar cərimələnib.
Buna səbəb, Vikipediyanın Ukraynadakı münaqişə ilə bağlı yalan məlumat paylaşması olub.
Platforma isə sözügedən məlumatların açıq mənbələrdən və beynəlxalq təşkilatlardan götürüldüyünü iddia edib.
Qeyd edək ki, Vikipediya daha öncə də oxşar səbəblərə görə cərimələnib.