Elon Maskla Bill Geyts məhkəməlik oldular


  Hazırda dünyanın ən zəngin insanları, dünyanı sosial media üzərindən idarə edənlər – tviter sahibi Elon Mask və "Microsof"tun qurucusu Bill Geyts məhkəmədə görüşəcək. NTV.com.tr” xəbər verir ki, Elon Mask "Microsoft"a qarşı məhkəmə iddiası qaldırdığını bildirib. E.Mask  B.Geytsin şirkətini tviterin məlumatlarını iznsiz istifadədə suçlayıb. E.Mask deyib ki, "Microsoft"u tviterin reklamçılıq platformasından  ayıracaq:  “Onlar, Twitter məlumatlarından istifadə edərək qanunazidd təlim keçiblər. Artıq hesablaşma zamanıdır!”. Lakin E.Mask iddianı sübut edəcək hər hansı detal barədə bilgi verməyib. "Microsoft"dan iddia ilə bağlı hələ ki, cavab verilməyib. "Microsoft" bundan öncə özünün reklam platformasının 25 apreldən etibarən tviteri dəstəkləməyəcəyini elan etmişdi. Bildirilirdi ki, bu tarixdən etibarən "Microsoft"un reklam alıcıları sosial media vasitəsilə tviter hesablarına daxil ola bilməyəcəklər.