Zelenski Rusiyanın siyasi partiyalarına qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bir sıra siyasi partiyalarına, həmçinin Rusiyanın Mərkəzi Seçki Komissiyasına qarşı sanksiyalar tətbiq edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.
Bildirilib ki, "Kommunist Partiyası", "Liberal Demokrat Partiyası", "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə Partiyası" və “Yeni İnsanlar Partiyası"na qarşı sanksiyalar tətbiq olunub.