73 yaşlı Netanyahu xəstəxanaya yerləşdirilib

İsrailin baş naziri Binyamin Netanyahunun səhhətinin  qəfil pisləşdiyi və xəstəxanaya aparıldığı açıqlanıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  Baş nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada, "Baş nazir Şiba xəstəxanasına gəldi, vəziyyəti yaxşıdır və tibbi müayinə aparılır" bildirilib. 

İsrail mediası isə Netanyahunun Ramat Qandakı Şiba xəstəxanasının təcili yardım otağına yerləşdirildiyini yazıb.

73 yaşlı Netanyahu fasilələrlə ümumilikdə 14 il İsrailin baş naziri vəzifəsində çalışıb.

Turan