Hicabsız qadınlar meyit yuyacaq - Rejimin sərt qaydaları 

İran rejimi məcburi hicabın tətbiqi üçün davamlı mübarizə aparır. 

Bu barədə "Sherg.az"  "Azad İran" Teleqram kanalına istinadən xəbər verir. 

 "Azad İran" kanalının verdiyi məlumata görə, qadınların məcburi hicabdan imtina etməsindən sonra fars- molla rejiminin məhkəmə hakimiyyəti son həftələrdə qıcıqlandırıcı və sərt hökmlər çıxarıb. 
Məcburi hicabdan imtina edən qadınlar barədə “meyitlərin yuyulması”, “təmizlik işlərinə cəlb edilməsi”, “məcburi olaraq dövlətin psixoloji mərkəzlərinə göndərilmə” kimi verilən qərarlar bu qadınlara qarşı tətbiq edilən və son günlər mətbuatda yayılan hökmlərdəndir.
Son dövrlər etirazların qarşısını almaq ücün sərt cəza tədbirlərinin güncləndirilməsinə baxmayaraq İran rejiminə qarşı xalq güclü müqavimət göstərir. Görünür fars-molla rejiminin axırına qadınlar çıxacaq.

Turan