KİV: Qarındeşən Cekin kimliyi bəlli olub

Böyük Britaniyada London polisinin kötücəsi Qarındeşən Cekin kimliyini müəyyən edə bilib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

Nəşrin məlumatına görə, qadın Oksford Universitetinin əməkdaşıdır. O, məşhur manyakın Hayam Hayms olduğunu güman edir.

Belə ki, polisin qohumunun dediyinə görə, o, Haymsı fərqli fiziki xüsusiyyətlərinə görə tanıya bilib – onun qatlanmayan sol əli və özünəməxsus yerimə tərzi var idi.

Bundan başqa, həmin şəxs qətllərin baş verdiyi ərazidə yaşayıb və bıçaqdan yaxşı istifadə etməyi bilirmiş.