Çin 2030-cu ilə qədər Aya insan göndərməyi planlaşdırır!

Çin İnsanlı Kosmik Agentliyi (CMSA) 2030-cu ilə qədər Aya insan göndərməyi hədəflədiklərini açıqlayıb.

"Sherg.az" "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, CMSA Mühəndislik Birliyindən Canq Haylian agentliyin gələcəkdə həyata keçirməyi planlaşdırdığı Ay missiyaları haqqında məlumat verib.

Cang, 2030-cu ilə qədər yerinə yetirilməsi planlaşdırılan missiya çərçivəsində Ayın eniş aparatının və ekipajlı kosmik gəminin ayrı-ayrılıqda kosmosa buraxılacağını, vasitələr orbitə yerləşdirildikdən sonra isə astronavtların səthə enəcəyini bildirib.

Astronavtların Ayda aparacaqları elmi araşdırmalar çərçivəsində səthdən nümunələr toplayacaqlarını deyib. Astronavtların eyni vasitələrlə Yerə dönəcəyini söyləyib. 

Canq qeyd edib ki, çinli alimlər sözügedən Ay missiyası üçün ağır yük daşıyan “Uzun Mart 10” raketi, yeni nəsil ekipajlı kosmik gəmi, Aya eniş aparatı və Ay ekipajlı rover hazırlayıblar.

Çin Təyyarə Kosmik Elm və Texnologiya Korporasiyasının 2022-ci ilin sonunda konseptual təqdimatında insanlı Ay missiyasının üç nəfərlik ekipajdan ibarət olacağı təsvir edilmişdi; İki astronavt Ayın səthini tədqiq edərkən, digəri isə orbitdəki əsas kosmik gəmidən idarəetmələri yerinə yetirirdi.

İnsanlı Aya eniş layihəsi uğurlu olarsa, Çin ABŞ-dan sonra buna nail olan ikinci ölkə olacaq.