Buzlaqlarda itkin düşən 4 nəfərdən ikisi  tapılıb

Türkiyənin Hakkari bölgəsində Cilo dağının ətəyində buzlaqların yerləşdiyi ərazidə itən 4 nəfərdən 2-si bölgədəki qrupların işi nəticəsində xilas edilib. 2 nəfərin isə xilasetmə işləri davam edir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Hakkari valisi İdris Akbıyık bildirib ki, buzlaqların olduğu bölgəyə ziyarətə gedən 18 təbiətsevərdən 4-ü yoxa çıxıb.


Xəbərdarlıqdan sonra  Jandarma Axtarış-Xilasetmə,  112 Təcili Sağlamlıq, UMKE və polis bölmələri bölgəyə yönəldilib. Əməliyyatlara Quru Qoşunları Komandanlığının vertolyotu da  dəstək verib.

Bölgəni vertolyotla havadan müşahidə edildiyini  ifadə edən Akbıyık, qrupların fədakar çalışması nəticəsində itkin düşən 4 nəfərdən 2-nin xilas edilərək Yüksekova Dövlət Xəstəxanasına aparıldığını bildirib.

Yaralıların sağlamlıq durumlarının yaxşı olduğunu bildirən Akbıyık, yeri müəyyən edilən digər 2 nəfərin də xilas edilməsi üçün işlərin davam etdiyini vurğulayıb.

Turan