ABŞ kəşfiyyatı izləyir:  Rusiyada dövlət rəsmilərinə iPhone-dan istifadə qadağan olundu

Rusiyada ABŞ kəşfiyyat orqanlarının casusluq əməliyyatları ilə bağlı narahatlıqlarına görə dövlət işçilərinə bütün Apple cihazlarından istifadə qadağan edilib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hakimiyyəti dövlət işçilərinə Apple cihazlarından istifadə etməyi qadağan edib.

Financial Times xəbər verir ki, bazar ertəsindən etibarən ölkənin ticarət nazirliyi iPhone-ların bütün biznes istifadəsini qadağan edəcək. Həmçinin qeyd olunub ki, bu qayda bütün Apple məhsullarına şamil edilir.

Rusiya Ukraynaya müharibə elan etdikdən sonra şirkət Apple Pay-a çıxışı kəsib. Daha sonra Rusiyada bütün Apple cihazlarının satışı dayandırıldı.

Bu qadağa Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin iyunun əvvəlində Apple cihazlarının “ABŞ kəşfiyyat orqanlarının” başçılıq etdiyi casusluq əməliyyatını üzə çıxardığını iddia etməsindən sonra qoyulub.


Digər tərəfdən, Vladimir Putin ötən il mühüm informasiya infrastrukturunda olan qurumlara 2025-ci ilə qədər yerli proqram təminatına keçməyi əmr edən fərman imzalayıb.

Turan