Rusiya Google-u 4 milyon rubl cərimələdi 

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin (Roskomnadzor) Google-a qarşı qaldırdığı iddiaya paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

"Sherg.az" xəbər verir ki, məhkəmə Rusiyada qadağan olunan məzmuna Google vasitəsilə daxil ola bildiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib. Nəticədə  Google-u 4 milyon rubl cərimələyib.

Google ötən ay ölkədə analoji pozuntulara görə ümumilikdə 12,5 milyon rubl məbləğində cərimələnib.

Mənbə: NTV