İranda hicab qaydasını pozanlarla bağlı YOXLAMA: "Üzr istəyirlər"

İran Polis İdarəsinin komandir müavini general Kasım Rızayi ölkədə məcburi hicablarla bağlı yoxlamalara başlayan “İrşad patrulları” praktikasının davam edəcəyini açıqlayıb.

"Sherg.az" xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin verdiyi məlumata görə, İran lideri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi Ayətullah Əbdülkerim Abidini ilə görüşən Rizayi əxlaq polisinin “İrşad patrulları” adlı hicab yoxlamalarına yenidən başlamasını dəyərləndirib.

Rızayi məsələnin onlar üçün “qırmızı xətt” olduğunu ifadə edib:

“Bu gün biz bu məsələyə məsuliyyətlə baxırıq və patrullarımızın yerləşdirilməsi müvəqqəti olmayacaq. Çünki hər halda ailənin dəyərlərini və təməllərini qorumaq lazımdır. Araşdırmamızın əsas məqsədi şifahi xəbərdarlıqdır. Statistikaya görə, hicab qaydasını pozanların 50 faizi vəziyyətin acınacaqlı olmasından xəbərsiz olsalar da, onlara vəziyyət izah ediləndə üzr istəyir və qaydaya əməl edirlər".

Mənbə: Haberturk