Uşağına zorakılıq edən suriyalı ata həbs olundu

Türkiyənin Mersin bölgəsinin  Akdeniz rayonunda uşağına qarşı zorakılıq edən Suriya əsilli S.S. (30), saxlanılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, polis qruplarıuşağına zorakılıq edən şəxsin görüntülərinin sosial mediada paylaşılmasından sonra hərəkətə keçib.

Paylaşılan görüntüləri araşdıran qruplar şəxsiyyəti müəyyən edilən Suriya əsilli S.S.-ni evində yaxalayaraq nəzarət altına alıb.

Turan